Siyasət / Dünya 28-01-2026, 14:17

Əhməd Əl-Şaraa Moskvaya gəldi



Suriyanın keçid dövrünün prezidenti Əhməd Əl-Şaaranın Rusiyaya səfəri başlayıb.

Planetinfo.az TASS-a istinadən bildirir ki, Suriya liderinin təyyarəsi Vnukovo hava limanına eniş edib. Səfər çərçivəsində Suriya liderinin Rusiya prezidenti Vladimir Putinlə təkbətək və geniş tərkibdə görüşəcəyi bildirilir.

Liderlərin görüşündə əsas müzakirə mövzusu Yaxın Şərq, eləcə də Suriyada sabitliyin tam bərqarar oıması, bu istiqamətdə atılması vacib addımlar olacaq. Putin-Şaara görüşündə Rusiya və Suriya arasında iqtisadi münasibətlər, bu əlaqələrin inkişaf etdirilməsi də müzakirə ediləcək.

Anar

Xəbər lenti