İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə səfər edəcək.
Planetinfo.az xəbər verir ki, bu barədə Türkiyənin "Hüriyyet" qəzeti məlumat yayıb. Qəzetin verdiyi xəbərə görə, səfər gələn həftə baş tutacaq.
İran XİN rəhbərinin Türkiyədə bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Hakan Fidanla görüşü nəzərdə tutulub. Əraqçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi də gözlənilir. Keçirilən görüşlərdə əsas müzakirə mövzusu İran ətrafında davam edən gərginlik və onun danışıqlar yolu ilə həlli olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Abbas Əraqçi türkiyəli həmkarı ilə telefonla danışaraq ölkəsində mövcud olan vəziyyəti, eləcə də Yaxın Şərq və ətraf regionlarda yaranmış durumu müzakirə etmişdi.
Anar