Siyasət 29-01-2026, 11:49

Yekun sülh müqaviləsinin imzalanması İrəvanın siyasi iradəsindən asılıdır



Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması İrəvanın siyasi iradəsindən və atacağı addımlardan asılıdır.

Bunu Planetinfo.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Bakı dəfələrlə sülh gündəliyinə sadiqliyini bəyan edib və bunu praktik olaraq da nümayiş etdirməkdədir:

“Ermənistan təcavüzkar siyasəti ilə uzun illər özünü saldığı təcrid vəziyyətindən mərhələli şəkildə çıxmaqdadır. Ermənistana Azərbaycan üzərindən artıq dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirlir. İki olkənin rəsmi və vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı səfərlər gerçəkləşdirirlər. Ticari əlaqələrin yaradılması, genişləndirilməsi və şaxələndirilməsi istiqamətində müzakirələr intensivləşib. İrəvandan müsbət siqnallar gəlməkədədir. Bütün bunlar iki dövlət arasında müansibətlərin normallaşdırılması baxımından müsbət tendensiyalar olsa da, sülh sazişinin imzalanması üçün yetərli deyil”.

Anar

Xəbər lenti