Siyasət / İqtisadiyyat
29-01-2026, 13:08
Özbəkistan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçiriləcək
Ankarada Özbəkistan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçiriləcək.
Planetinfo.az Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda iştirak etmək üçün prezident Şavkat Mirziyoyev Türkiyəyə səfərə gedib. Özbəkistan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası hər iki ölkə prezidentinin iştirakı ilə baş tutacaq.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan rəsmi səfər zamanı Özbəkistan lideri bir sıra tədbirlərdə iştirak edəcək. Rəsmi görüşlərin nəticəsi olaraq Ankara ilə Daşkənd arasında bir sıra sahələri əhatə edən sənədlərin də imzalanması nəzərdə tutulub.
Anar