Siyasət 29-01-2026, 19:13

Cənubi Qafqaz üzrə "3+3" formatında xarici işlər nazirlərinin üçüncü görüşünə hazırlıq gedir



Cənubi Qafqaz üzrə "3+3" formatında xarici işlər nazirlərinin üçüncü görüşünə hazırlıq işləri götrülür.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. Lavrov sözügedəın formatda keçirilən görüşlərə qatılmayan Gürcüstan üçün qapıların hər zaman açıq olduğunu deyib.

"Hazırda onun harada keçirilə biləcəyini müəyyənləşdiririk. Ümid edirəm ki, tezliklə aydınlıq gələcək",-deyə Lavrov bildirib.

Lavrov vurğulayıb ki, Cənubi Qafqazda ortaq qonşularıq. O, Türkiyə və Azərbaycanın "3+3" formatının əsas təşəbbüskarları olduğunu xatırladıb.

Qeyd edək ki, 3+3 formatı ilkin olaraq altı iştirakçı ölkəni nəzərdə tutub: Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin qonşu Rusiya, Türkiyə və İran. Lakin Gürcüstan son nəticədə danışıqlara qoşulmayıb. Bu əməkdaşlıq formatı Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Danışıqların birinci raundu 2021-ci ilin sonunda Rusiya paytaxtında baş tutub

Anar

Xəbər lenti