Siyasət / Dünya 30-01-2026, 08:24

Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi
ABŞ Kubadan milli təhlükəsizliyə "təhdid" səbəbindən fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.

"Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid təşkil etdiyini düşünürəm (...) və bununla əlaqədar olaraq milli fövqəladə vəziyyət elan edirəm", - deyə sənəddə bildirilib.

Trampın sözlərinə görə, Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla "çoxsaylı düşmən ölkələrlə", eləcə də "transmilli terrorçu qruplar və ABŞ-yə düşmən olan pis niyyətli subyektlərlə" əməkdaşlıq edir.

Xəbər lenti