"Türkiyənin İrana olacaq açıq və ya gizli dəstəyi ABŞ-ın İran hərbi kampaniyasında üzə çıxarsa, bu, Türkiyə üçün Amerika ilə münasibətlərin pozulması anlamına gələcək. Türkiyə özünü hədəfə gətirməməlidir".
Planetinfo.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, bu məsələdə Çin və Rusiya amili var:
"Hücum olacaqsa, məsələnin daha da genişlənməsi ehtimalları vardır. Çin açıq şəkildə İrana dəstək verir. Rusiya da bacardığını edir".
Azər Qasımovun sözlərinə görə, Türkiyə nə qədər arxa planda dursa, bir o qədər yaxşıdır:
"Açıq deməliyik ki, ABŞ İran rejimini devirəcəksə, buna kimsə mane ola bilməyəcək. Məsələnin uzanmaq ehtimalı azdır. ABŞ ordusu qısa müddətə məsələni həll edəcək. İran rejimi devriləcək".
O hesab edir ki, Azərbaycanın bu məsələdə sonrakı proseslərdəki rolu Türkiyədən çox olacaq:
"Diplomatik təmasların Azərbaycanla artması bunu göstərir. Hesab edirəm ki, artıq bu məsələdə Türkiyə Azərbaycanın arxasında durmalıdır. Çünki bu məsələ Azərbaycanın məsələsi olacaq. Rejim yıxılacaqsa".
Anar