"Rusiya və Ukraynanın enerji sistemlərinə qarşılıqlı zərbə endirməməsinə dair razılıq əldə etməsi müsbət hadisədir.
Amma müvəqqəti atəşkəs məsələsinin mümkünlüyü şübhə altındadır. Çünki Rusiya bu məsələyə razılıq vermək istəmirdi".
Bunu
Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Lavrov da Türkiyə televiziya kanallarından birinə bu barədə bildirib:
"Amma görünən odur ki, hər iki tərəf də artıq enerji sistemlərinə etdirilən zərbələrdən kifayət qədər zərər görüb və buna razılaşıb. Xüsusilə Rusiya tərəfi".
Azər Qasımov deyib ki, Rusiyanın Ukraynanın istilik və elektrik istehsalı sistemlərinə zərbələri insanı keyfiyyətlərdən uzaqdır:
"Dinc insanların həyat şəraitini ağırlaşdırmaqla müharibədə öz xeyrinə dönüş etmək zəiflik əlamətidir. Amma, hesab edirəm ki, əldə edilən razılaşma hələlik sülh istiqamətində ciddi addım deyil. Bu müharibənin bitməsi üçün qarşılıqlı şərtlər bir-biri ilə ziddiyyət təşkil edir. Tərəflər razılıq üçün hazır deyil. Amma hər bir müsbət addım təbii ki, sülh üçün müəyyən ümidlər yaradır".
Anar