Siyasət 30-01-2026, 20:41

İran sərhədyanı təxribatları artıra bilər




“ABŞ və İsrail ilə son dövrlər əlaqələrini genişləndirən Azərbaycan, İran və Rusiya tərəfindən heç şübhəsiz ki, yaxşı qəbul edilə bilməz. Bu baxımdan İran müharibə şəraitində regionda asimmetrik addımlar ata bilər və sərhədyanı təxribatları, kəşfiyyat fəallığını artıra bilər”.

Planetinfo.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Azərbaycanın İrana qarşı hərbi koalisiyada iştirak etməsi real deyil:

“Amma, İranın dəfələrlə Azərbaycanı bu istiqamətdə şübhələr altına almasının şahidi olmuşuq. Bu zaman psixoloji və informasiya vasitəsi olaraq İrandakı soydaşlarımızdan, bizə qarşı nifrət və güvənsizlik yaratmaq məqsədilə istifadə edilib və bu təxribat xarakterli planlar yenidən istifadə oluna bilər. Həmçinin Ermənistana qarşı Rusiya fürsəti dəyərləndirə bilər. Çünki müharibə şəraitində diqqətlər yayınır və Rusiyanın Ermənistanda gücü əvvəlki qədər olmasa da, tükənməyib və hər an hərəkətə keçmək üçün fürsət gözləyən qüvvələri Ermənistanda var”.

Anar

Xəbər lenti