“Cənab Prezident uzun illərdir ki, icra başçıları ilə görüşlərdə, bu kimi təyinatlarda dəfələrlə öz fikir və təlimatlarını onlara bildirir. Amma həbs edilən icra başçıları ilə əlaqəli faktlardan da görünür ki, bir sıra icra başçıları bundan doğru nəticə çıxarmır”.
Bu fikirləri
Planetinfo.az-a ƏHD Partiyasının ictimai və siyasi məsələlər üzrə katibi Azər Qasımov səsələndirib. O deyib ki, həmin şəxslər vəzifə kürsüsündə oturan kimi hər şeyi unudur və özünü tək mütləqi hakim hesab edirlər:
“Rüşvətə və korrupsiyaya bulaşır. Nəticədə məlum icra başçıları kimi həbs olunur. Bununla yanaşı digər icra başçıları da vardır ki, onların fəaliyyətlərindən narazılıqlar eşidilir”.
Azər Qasımov qeyd edib ki, bəzisi xaric olmaqla yeni təyin olunmuş icra başçıları göründüyü qədərilə icra strukturlarında təcrübəsi olmayan insanlardır:
“Bu insanların vəzifədə özlərini necə aparacağı açığı məlum deyil. Əslində, bu işdə tək bir xüsusiyyətə sahib olan insanın uğur qazanması mütləq olar. Bu da ilk növbədə öz xalqına sevgi və istəyinin olmasıdır”.
Süleyman