Siyasət 2-02-2026, 08:41

Azərbaycan İranın tam çökməsində maraqlı deyil




“Azərbaycan İranın tam çökməsində maraqlı deyil, amma cənub qonşumuzun regional təsirinin zəifləməsində maraqlı ola bilər”.

Bunu Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, bu da Azərbaycan üçün çox vacib məsələlərdən sayılır:

“Azərbaycanın mövqeyi Türkiyənin bu istiqamətdə yürütdüyü siyasəti ilə tam uzlaşacaq. Türkiyə İran rejiminin yürütdüyü siyasətin əleyhinə olsa da, bu ölkəyə qarşı hər hansı bir hərbi əməliyyatların əleyhinə çıxır. Bu da region dövləti olaraq həm Türkiyənin, həm də Azərbaycanın təhlükəsizliyi və etibarlılığı baxımından ən vacib məsələlərdən biridir”.

Anar

Xəbər lenti