Əziz Azərbaycan gəncləri,
Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Uzun illər Kanadada və Yaponiyada yaşayaraq Azərbaycanı tanıdan, mədəniyyətimizi və dəyərlərimizi təmsil edən bir insan kimi deyə bilərəm ki, insan harada olursa-olsun, Vətənə bağlılıq qəlbdən gəlir.
Xaricdə yaşamaq mənə bir daha göstərdi ki, Azərbaycan gəncliyi zəngin köklərə söykənən, eyni zamanda dünyaya açıq, bilikli və təşəbbüskar bir nəsildir.
Bu gün gənclərimizin beynəlxalq arenada öz sözünü deməsi və ölkəmizi layiqincə təmsil etməsi böyük qürur doğurur. Siz harada yaşamağınızdan asılı olmayaraq, Azərbaycan adını, onun ruhunu və gələcəyini daşıyırsınız.
İnanıram ki, gənclərimizin enerjisi, iradəsi və vətənpərvərliyi Azərbaycanın sabahını daha da güclü edəcək.
Gənclər Gününüz mübarək!
Minarə Şükürova Qarabağlı
Tanabe şəhəri (Vakayama, Yaponiya) üzrə Beynəlxalq Əlaqələr Koordinatoru