Siyasət 4-02-2026, 10:47

İran nə dostluğa, nə də səmimi rəftara layiq rejimdir



"İran rejiminin mahiyyəti o qədər iyrənc və etibarsızdır ki, onların hər hansı danışığa əməl edəcəyi etibarlı deyil".

Bu fikirləri Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, bu rejim hətta başına bombalar tökülməsin deyə ABŞ-la danışıqlar üçün vasitəçilik məqsədilə Türkiyəyə ağız açdığı halda, sonda Türkiyənin vasitəçiliyini istəməyib:

"Əslində Türkiyəyə molla rejimi düz edir desək yanlış anlaşılar, amma bunu deməyə məcburuq. İran nə dostluğa, nə də səmimi rəftara layiq rejimdir. Bunu ABŞ, daha çox da İsrail bildiyi üçün danışıqlardan ciddi nəticə çıxmayınca müharibə ehtimalı yüksək olaraq qalır. İran prezidenti Rəisinin helikopter qəzası zamanı həyatını itirməsi zamanı helikopterin qalıqlarının tapılmasında da mollaların Türkiyəyə olan münasibətini gördük. Tapa bilmədikləri qalıqları Türk insansız hava təyyarəsi "Akınçı" tapdı, amma mollalar sonradan bunu inkar etdilər ki, özümüz tapmışdıq".

Anar

Xəbər lenti