"Əbu-Dabidə Azərbaycan prezidenti və Ermənistan baş naziri nümayəndə heyətlərinin iştirakı ilə görüşdü. Bu görüş Yekun sülh müqaviləsi istiqamətində etimadın artırılmasına və yerdə qalan məsələlərin həlli müstəvisində önəmlidir. İki ölkə arasında de-fakto sülh əldə olunub".
Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ancaq ilk növbədə Ermənistan bu il ərzində Konustitusiya dəyişikliyinə getməlidir:
"İkincisi, TRİP layihəsi-Zəngəzur dəhlizində işlər başlanmalıdır. Üçüncüsü, bu ilin axırına kimi, payizda sülh müqaviləsi bağlanmalıdır".
Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanda parlament seçkilərində Nikol Paşinyan qələbə əldə edəcəksə, sülh müqaviləsinin payızda bağlanması mümkün görünür:
"Yaxın perspektivdə Türkiyə-Ermənistan sərhədləri açılacaq. Həmçinin, yaxın günlərdə Azərbaycandan Ermənistana yeni jest olacaq. Türkiyədən yüklərin Ermənistan ərazisindən keçib, Azərbaycana daxil olması istisna deyil".
Anar