Siyasət 4-02-2026, 18:02

Azərbaycan və Ermənistan arasında tarix yazılır – Hikmət Hacıyev

Azərbaycan və Ermənistan arasında tarix yazılır – Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib.

Planetinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə onun “X” hesabındakı paylaşımında qeyd olunub:
“Azərbaycan və Ermənistan arasında tarix yazılır! Sülh qazanır!!!”

Qeyd edək ki, Əbu-Dabidə fevralın 4-də “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Xəbər lenti