Siyasət 5-02-2026, 11:12

Azərbaycan balanslı xarici siyasət yürüdür və təcrübəli dövlət başçısı var



Birləşmiş Ştatlarla İran arasında fevralın 6-da danışıqların keçiriləcəyi bildirilsə də, lakin Tehrana qarşı hərbi əməliyyatların baş verəcəyi ehtimalı da hələ də qalmaqdadır. Hər hansı hərbi əməliyyatın yerləşdiyimiz coğrafiyaya, xüsusilə Azərbaycana təsirsiz ötüşməyəcəyini demək olar.

Məsələ ilə bağlı fikirlərini Planetinfo.az-a bölüşən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Azərbaycanın güclü və peşəkar ordusu, eyni zamanda Türkiyə kimi dünyanın ən güclü onluqda yer almış orduya sahib müttəfiqi var:

"Azərbaycan balanslı xarici siyasət yürüdür və bu istiqamətdə təcrübəli dövlət başçısı var. Regionda enerji və logistika baxımından əvəzolunmaz mövqeyi ilə xüsusi diqqət mərkəzində yer alıb və bu amillər Azərbaycanı birbaşa müharibəyə hansısa formada cəlb olunma ehtimalını azaldır. Əlbəttə ki, Azərbaycandan asılı olmayan dolayı təsirlərdən qaçmaqla hesab edirəm ki, regionda yaranmış bu kritik situasiyadan ən az çıxarlarla vəziyyəti nəzarətdə saxlamaq mümkündür. Bu istiqamətdə bütün təhlükəsizlik məsələləri ilə bağlı tədbirlər alınıb və bundan sonra da alınacaq".

Anar

Xəbər lenti