Siyasət 5-02-2026, 12:31

Azərbaycanın seçdiyi siyasi xətt yalnız regional maraqlarla məhdudlaşmır




"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ilin "Zayed İnsan Qardaşlığı Mükafatı"-a layiq görülməsi təkcə fərdi liderlik nümunəsinin qiymətləndirilməsi deyil, eyni zamanda Azərbaycanın son illər apardığı balanslı və praqmatik xarici siyasətin beynəlxalq səviyyədə təsdiqidir".

Planetinfo.az xəbər verir ki, bunları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekspert Əli Səlimov deyib. O bildirib ki, Azərbaycan regionda sabitliyin qorunması, dialoqun təşviqi və dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət prinsipi üzərində qurulması istiqamətində ardıcıl xətt yürüdür:

"Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə emosional siyasi mövqelərdən deyil, rasional hesablamalara və uzunmüddətli strateji maraqlara əsaslanan diplomatiya modeli formalaşdırıb. Məhz bu da Azərbaycanın həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb.

"Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin və sülh təşəbbüslərində fəal iştirakının göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemində gərginliklərin artdığı, etimadın zəiflədiyi bir dövrdə bu mükafat dialoq və əməkdaşlığın alternativsiz olduğunu bir daha önə çəkir. Azərbaycanın seçdiyi siyasi xətt isə yalnız regional maraqlarla məhdudlaşmır, daha geniş beynəlxalq məsuliyyət anlayışına söykənir".

O qeyd edib ki, bu nailiyyət həm də gələcək nəsillər üçün mühüm mesajdır. Sülh, qarşılıqlı anlayış və əməkdaşlıq real siyasi iradə ilə mümkün olur.

Anar

Xəbər lenti