"Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursu göstərir ki, YAP statistik bir siyasi struktur deyil, dövlətin özünüyeniləmə mexanizmini və strateji çevikliyini təmin edən ən mühüm alətdir. Hakimiyyətin innovativ icraatları, idarəetmədə meritokratiyanın - yəni ləyaqət və intellektin ön plana çəkilməsi - dövlətin daxili dayanıqlığının ən böyük zəmanətidir".
Planetinfo.az xəbər verir ki, bunu gənc tədqiqatçı Emin Əsədli deyib. O bildirib ki, bu prosesdə Azərbaycançılıq məfkurəsi milli dəyərlərin qorunması ilə qlobal modernizmin sintezini yaradaraq, gənc nəslin dövlətçilik şüurunu formalaşdıran əsas kompas rolunu oynayır:
"Yeni Azərbaycan Partiyası bu gün milli dövlətçilik enerjisinin strukturlaşmış forması olaraq, həm daxili sabitliyin qorunmasında, həm də dövlətin beynəlxalq miqyasda qüdrətinin artırılmasında intellektual bir avanqard kimi çıxış edir. Bu sadəcə siyasi hakimiyyətin davamlılığı deyil, həm də Heydər Əliyev ideyalarının dövrün çağırışlarına uyğun olaraq yenidən interpretasiya edilməsi və gələcəyin dizayn edilməsidir".
Anar