Siyasət 6-02-2026, 10:19

Azərbaycanın beynəlxalq sülh gündəliyində mövqeyinin və artan qlobal nüfuzunun növbəti təsdiqi




"Fevralın 4-də Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın beynəlxalq sülh gündəliyində mövqeyinin və artan qlobal nüfuzunun növbəti təsdiqi oldu".

Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Kəmalə Ələkbərova deyib. O bildirib ki, bu mükafata layiq görülmək təkcə dövlətimizin başçısına göstərilən ehtiram deyil, eyni zamanda, Azərbaycanın sülh, dialoq və humanizm prinsiplərinə əsaslanan siyasətinə verilən yüksək beynəlxalq qiymətdir:

"Möhtərəm cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri tarixi əhəmiyyətli hadisələrlə yadda qaldı. Ölkə rəhbərinin Əbu-Dabidə reallaşdırdığı yüksək səviyyəli diplomatik təmaslar, eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü milli və regional maraqlarımızın təmin olunması baxımından strateji məna daşımışdır. Bilindiyi kimi, cənab Prezident İlham Əliyev Cənubi Qafqaza sülhü gətirən lider olaraq bir müddət əvvəl nüfuzlu ‘Zayed İnsan Qardaşlığı Mükafatı’na layiq görüldü".

Anar

Xəbər lenti