"Bu il Ermənistanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Ermənistan Azərbaycan və Türkiyəyə rəsmi dəvət göndərəcək. Azərbaycan Prezidentinin Ermənistanda Avropa Siyasi Birliyinin sammitində iştirakı mümkün deyil. Ermənistanla yekun sülh müqaviləsi bağlanmayıb. Həmçinin ikitərəfli diplomatik əlaqələr yoxdur. Təbii ki, liderlərin görüşləri keçirilir və bir çox məsələlərdə razılıq əldə edilib".
Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu, o demək deyil ki, Prezident İlham Əliyev Yerevanda sammitdə iştirak edə bilər:
"Amma Türkiyə Prezidenti R. T. Ərdoğanın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana gedəcəyi mümkündür. Çünki Ermənistanın baş naziri N. Paşinyan Türkiyəyə səfər edib, ikitərəfli danışıqlar aparıb".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanın Avropa Siyasi Birliyinin Yerevanda keçiriləcək sammitində baş nazir səviyyəsində təmsil olunması mümkün ola bilər.
Anar