Siyasət / Dünya 9-02-2026, 19:47

ABŞ Hind okeanında “kölgə donanması”na məxsus tankeri ələ keçirib

ABŞ Hind okeanında “kölgə donanması”na məxsus tankeri ələ keçirib
ABŞ hərbçiləri Hind okeanında xam neft daşıyan sanksiya altındakı tankeri ələ keçirib.

APA xəbər verir ki, bu barədə Pentaqonun “X” hesabında bildirilib.

Pentaqonun məlumatına görə, gəmi ABŞ-ın sanksiya rejimini pozaraq fəaliyyət göstərib.

Açıqlamada deyilir ki, ABŞ hərbçiləri “Aquila II” gəmisini ələ keçirib. Bu əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında aparılıb.

Xəbər lenti