Siyasət 10-02-2026, 11:42

Nazir Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Nazir Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə “Apple”, “Mastercard”, “Visa”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “bp”, “Lummus Technology” və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib.
Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti