Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində olduqca mühüm çıxış etdi və hər zaman olduğu kimi bu dəfə də diqqətləri üzərinə yönəltməyi siyasi ustalıqla bacardı.
Planetinfo.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Aygün Qasımova deyib. O deyib ki, bu çıxış həm milli, həm də beynəlxalq səviyyədə ciddi siyasi və ictimai əhəmiyyət daşıyırdı:
“Əsasən mükafatın təqdim olunduğu kontekst — regional sülh təşəbbüsü və uzunmüddətli münaqişənin sülh yolu ilə nəticələnməsi — çıxışın mətni və mesajları ilə birləşərək həm Azərbaycan üçün, həm də region üçün yeni tarixi mərhələnin işarəsini verdi. Bu çıxışla Azərbaycan özünü sülh regionunun lideri və davamlı regional inteqrasiyanın təşəbbüskarlarından biri kimi formalaşdırır. Bu da gələcəkdə daha geniş iqtisadi və siyasi əməkdaşlıqlar üçün zəmin yaradır”.
Anar