“Azərbaycanla Ermənistan arasındakı sülhə ən böyük təhlükə xarici amillərdir. Nə Rusiya, nə İran, nə də ki Fransa kimi dövlətlər ölkələrimiz arasında dayanıqlı sülhün olmasında maraqlıdır”.
Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, konfliktlər vasitəsilə ölkələrə təsir etmək texnologiyası yeni deyil və əsrlər boyu mövcud olub:
“Qarabağ münaqişəsinin tamamilə həll olunması ilə qeyd olunan ölkələrin regiona təsir imkanları yox dərəcəsinə qədər azalıb. Ermənistana təsir mexanizmi kimi əsasən, nəqliyyat və enerji resursları qalıb ki, bu təhdid elementlərinin də ortadan qaldırılması yolu Azərbaycanla sülh müqaviləsindən keçir. Sülh müqaviləsini əngəlləyə biləcək Ermənistan daxilində olan digər amillərə gəldikdə isə, düşünürəm ki, indiki Ermənistan hökuməti bunun öhdəsindən gəlmək iqtidarındadır. Ermənistan cəmiyyətində Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamaq istəyən insanların sayı yüksələn xətt üzrə inkişaf edir”.
Anar