“ABŞ-la İran arasında həmişə dialoq pəncərəsi olub. Tramp keçən hakimiyyəti dövründə bildirdi ki, İran rəsmiləri bizə zəng edib, onların da özlərini saxlamaq üçün ABŞ bazasını vurmaqlarının vacib olduğunu bildirmişdi. ABŞ-da bazanı boşaltmış, İran bazanın həndəvərini bombalamışdı. Bu, ABŞ-ın Süleymanini öldürüldükdən sonra baş vermişdi. Bu kimi faktlar son dövrlər bir neçə dəfə olmuşdu. Bir sözlə, ABŞ İranda mövcud olan rejimi dəyişmək yox, onu rekonstruksiya etmək istəyir”.
Planetinfo.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O qeyd edib ki, Tramp İrandakı hakimiyyət daxilindəki nisbətən loyal gücləri hakimiyyətə gətirmək istəyir:
“Kənardan və ya daxildən istədiyi insanı hakimiyyətə gətirmək üçün ABŞ İranı işğal etməlidir ki, bu da mümkün deyil. ABŞ sadəcə rejimdaxili güclərə hakimiyyət sözü verə bilər ki, ona dəstək olsunlar. İran rejiminin şiə mahiyyəti regionda balanslaşdırıcı rol oynadığı üçün tamamilə bu amili regiondan silmək olmaz. Bu, müsəlman dünyasının birləşməsi demək olar ki, ABŞ-a bu lazım deyil”.
Anar