Siyasət Dün, 20:51

Türkiyə-Azərbaycan arasında ortaq layihələr müzakirə edilib



EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyinin Katibliyi vəzifəsinə təyin olunmuş Füzuli Məcidli ilə görüşüb.

Bu barədə Planetinfo.az-a Hikmet Eren məlumat verib. O bildirib ki, səfirlik binasında baş tutan görüşdə iki qardaş ölkə arasında mövcud olan münasibətlərdən danışılıb, qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən söhbət açılıb.

Görüş zamanı həyata keçirilməsi mümkün olan bəzi layihələr barədə də danışılıb, qarşıdakı hədəflər müəyyənləşdirilib.

Anar

Xəbər lenti