“Türkiyə Adriatikdən Böyük Çinə qədər uzanan coğrafiyada tarixi və mədəni əlaqələri müasir diplomatiyanın tələb etdiyi strateji hədəflərlə birləşdirir. O, Türk dünyasının Türkiyənin xarici siyasət memarlığında təkcə qardaşlıq bağı deyil, həm də qlobal gücə çevrilmək yolunda strateji hədəf olduğunu bildirir”.
Planetinfo.az xəbər verir ki, bunları EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren deyib. O bildirib ki, bizim yumşaq güc elementlərimiz ürək körpülərini qurur:
“Türkiyənin bölgədə təsiri təkcə siyasi-iqtisadi sahədə deyil, eyni zamanda ictimai diplomatiyadadır”.
Hikmet Eren qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) ortaya qoyduğu vizyonun bu sahədə fəaliyyətləri təqdirəlayiqdir:
“EkoAvrasiya Fondunun vətəndaş cəmiyyəti diplomatiyası da bu prosesə töhfə verir”.
Anar