"Avrasiya İqtisadi İttifaqı (Aİİ), BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq İranın iqtisadi siyasətinin əsas prioritetlərindən biridir".
Planetinfo.az xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa müraciətində bildirib.
“Ölkəni və sənayenin inkişafı üçün bizə bazarlar lazımdır və ilk mərhələdə bunlar məhz İslam ölkələri və qonşularımızdır, daha sonra isə Aİİ, BRİKS, ŞƏT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi lazımdır”, - deyə o bildirib.
Xatırladaq ki, 2023-cü ildə İran ŞƏT-ə qoşulub. Ölkə 1 yanvar 2024-cü ildə BRICS-in tamhüquqlu üzvü olub. 2025-ci ilin mayında Aİİ ilə İran arasında malların 90%-nə endirimli idxal rüsumlarını nəzərdə tutan hərtərəfli sərbəst ticarət sazişi qüvvəyə minib.