Siyasət Bugün, 14:02

İsrail ABŞ-dən bunu tələb etdi - İran raket proqramından imtina edəcək?

İsrail ABŞ-dən bunu tələb etdi - İran raket proqramından imtina edəcək?
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla qarşıdan gələn görüşündə Vaşinqtonu Tehranın raket proqramını dayandırmasını və Yaxın Şərqdəki müttəfiqlərini dəstəkləməsini istəməyə çağırmaq niyyətindədir.

Planetinfo.az xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti məlumat yayıb.

Məlumata görə, İsrail uranın zənginləşdirilməsinin dayandırılmasını və mövcud ehtiyatların İslam Respublikasından kənara ixracının tərəfdarıdır.

Bu təkliflər artıq Traçpın xüsusi elçisi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerlə Omanda keçiriləcək ABŞ-İran danışıqlarından əvvəl İsrailə səfərləri zamanı aparılan söhbətlərdə səsləndirilib. Lakin Netanyahu mövqeyini Trampa bildirmək istəyir.

ABŞ Dövlət Katibi Marko Rubio və ABŞ administrasiyasının digər rəsmiləri dəfələrlə bu tələblərin Vaşinqtonun danışıqlar mövqeyinə daxil olduğunu bildiriblər. Lakin Tramp yalnız məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib.

Xatırladaq ki, fevralın 6-da Omanda İran və ABŞ arasında nüvə böhranının həlli ilə bağlı danışıqların yeni mərhələsi baş tutub.

Xəbər lenti