Siyasət Bugün, 14:33

Pezeşkyan: İran nüvə silahı istehsal etmək niyyətində deyil

Pezeşkyan: İran nüvə silahı istehsal etmək niyyətində deyil
"İranın nüvə silahı inkişaf etdirmək niyyəti yoxdur və bu baxımdan istənilən monitorinq tədbirlərini qəbul etməyə hazırdır".

Planetinfo.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa müraciətində bildirib.

"ABŞ və Avropanın ritorikası ilə qurduğu yüksək etimadsızlıq divarı bu danışıqların nəticə verməsinə mane olur. İran onların həddindən artıq tələblərinə boyun əyməyəcək. İran ədalətsizliyə və təcavüzə boyun əyməyəcək. Biz regionda sülh və əmin-amanlıq naminə qonşu ölkələrlə dialoq aparırıq", - deyə o bildirib.

Xəbər lenti