Albaniyanın paytaxtı Tirananın mərkəzində minlərlə müxalifət tərəfdarı hökumətin istefasını tələb edən aksiya keçirib.
Planetinfo.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Belə ki, polis etirazçıların qarşısına Molotov kokteyli və göz yaşartıcı qazla çıxıb.
16 etirazç yanıq və digər xəsarətlərlə xəstəxanaya aparılıb, 13 etirazçı isə saxlanılıb.
Baş nazir Edi Ramanın hökuməti Baş nazirin müavini Belinda Balluku ilə bağlı korrupsiya iddialarına görə tənqid atəşinə tutulub, lakin Rama istefası ilə bağlı çağırışlara müqavimət göstərməyib.