"Ukraynada prezident seçkilərinin 24 fevralda keçirilməsi baş tutmayacaq, çünki seçki kampaniyasının başlanması hərbi vəziyyətin ləğvindən ən azı altı ay sonra mümkündür".
Planetinfo.az xəbər verir ki, bu fikirləri seçkilərə hazırlıq üzrə parlament qrupunun üzvü Olqa Ayvazovskaya deyib.
Daha öncə ABŞ administrasiyasının təzyiqi altında Ukrayna 15 may tarixinə təyin olunmuş prezident seçkiləri və Rusiya ilə sülh müqavilələri üzrə referendum keçirməyi planlayıb.
Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb, lakin Kiyev hərbi vəziyyət bitənə qədər bunun mümkün olmadığını iddia edərək müntəzəm seçkilər keçirməyib.
Zelenski dəfələrlə prezident seçkilərini keçirməyə hazır olduğunu bildirib, lakin o, hərbçilərin də səs verə bilməsi üçün qanunvericilik düzəlişlərinin və təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini iddia edib.
O, parlamentarilərdən qanunvericilik düzəlişləri hazırlamağı, ABŞ və Avropadan isə səsvermənin təhlükəsizliyini təmin etməyi xahiş edib.