Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynanın Avropa Birliyinə qəbulunu sürətləndirmək planını tənqid edib və bu planın 2027-ci ildə üzvlüyə qəbul edilməsi ilə nəticələnə biləcəyini bildirib.
Planetinfo.az xəbər verir ki, siyasətçi bu fikirlərini X-də yazıb.
"Bu, tam dəlilikdir! Ukrayna hazır olmasa belə 10 ay ərzində AB-yə super sürətli qoşulmağı nəzərdə tutan beş mərhələli plan hazırlanıb. Əsas məsələ AB üzvlüyünü geri dönməz etməkdir. Unutmayaq ki, Ukraynanın AB-yə üzvlüyü bizim üçün tam sosial və mədəni boşalma, kütləvi və dağıdıcı büdcə köçürmələri deməkdir və rəsmi olaraq müharibəni AB ərazisinə gətirəcək", - deyə Filippo qəzəblə bildirib.
O, həmçinin sözügedən plandakı Macarıstanın veto hüququnu keçməyin yolunu təklif edən bəndə diqqət çəkib.