Siyasət / Dünya Bugün, 15:24

Laricani: ABŞ ilə danışıqların növbəti mərhələsinin vaxtını müəyyən etmək üçün məsləhətləşmələr aparılır

Laricani: ABŞ ilə danışıqların növbəti mərhələsinin vaxtını müəyyən etmək üçün məsləhətləşmələr aparılır
"Hazırda ABŞ ilə danışıqların növbəti mərhələsinin vaxtını müəyyən etmək üçün məsləhətləşmələr aparılır". 

Planetinfo.az xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

O, tarixin gələcəkdə açıqlanacağını qeyd edib.

Laricani Omana səfərinin iki ölkə arasında uzunmüddətli və güclü münasibətlərin bir hissəsi olduğunu bildirib.

O, səfər çərçivəsində İranın Omanla ticarət əlaqələrinin gücləndirilməsi və inkişaf əməkdaşlığının genişləndirilməsi ilə bağlı gözləntilərinin müzakirə olunduğunu, eləcə də regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələrin aparıldığını izah edib.

Laricani bu məsələlərlə bağlı Omanın Sultanı Heytəm bin Tariq və Omanın Kral Kansleri Naziri Sultan bin Məhəmməd Əl-Numani ilə danışıqlar apardığını, müzakirələri çox faydalı adlandırdığını və gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.

ABŞ ilə danışıqlara gəldikdə, Laricani danışıqların qismən yaxşı olduğunu açıqlayıb.

Xəbər lenti