ABŞ Prezidenti Donald Tramp İsrailin Qərb Şəriyə üzərində nəzarətini artırmaq üçün atdığı addımlarla bağlı diqqətəlayiq açıqlamalar verib.
Planetinfo.az xəbər verir ki, Vaşinqtonda Axios-a verdiyi müsahibədə Tramp ilhaqın əleyhinə olduğunu söyləyib.
Qəzzada davam edən sülh prosesinə toxunan Tramp gündəmdə başqa mövzuların da olduğunu bildirib.
İsrail Təhlükəsizlik Qüvvələri işğal olunmuş Qərb Şəriyəsində planlaşdırma və tikinti səlahiyyətlərini artıran bir sıra qərarları təsdiqləyib. Bu addımlar faktiki ilhaqla bağlı müzakirələri yenidən alovlandırıb.
ABŞ administrasiyasının Qəzza planı da gündəmdədir. Məlumata görə, ABŞ Qəzza planının bir hissəsi olaraq İsrailə hücum edə biləcək bütün silahları təhvil verməsi üçün HƏMAS-a təzyiq göstərir. Plana əsasən, qrupa əvvəlcə bəzi kiçik silahları saxlamağa icazə veriləcək.
ABŞ-ni təmsil edən Cared Kuşner və yüksək vəzifəli nümayəndələrdən ibarət qrupun təklifi yaxın həftələrdə HƏMAS-a təqdim ediləcək