Siyasət Bugün, 15:26

İndoneziyada təyyarə eniş edərkən güllələndi - Pilot və köməkçisi həlak oldu

İndoneziyada təyyarə eniş edərkən güllələndi - Pilot və köməkçisi həlak oldu
İndoneziyanın Papua bölgəsində təyyarə eniş edərkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Planetinfo.az Reuters-ə istinadən xəbər verir ki, hücum nəticəsində pilot və köməkçi pilot həlak olub.

Digər bütün sərnişinlər isə sağ-salamat qalıblar.

Təbii ehtiyatları ilə zəngin olan Papua 1969-cu ildə BMT-nin nəzarəti altında keçirilən səsvermədə mübahisəli şəkildə İndoneziyaya təhvil verildikdən bəri təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında müstəqillik uğrunda şiddətli bir mübarizə aparır.

Xəbər lenti