Rusiyalı iş adamı Samvel Karapetyan qurultaydan sonra təsis etdiyi "Güclü Ermənistan" partiyasının sədri seçilib.
Planetinfo.az xəbər verir ki, bu barədə "Po-Naşemu" hərəkatının mətbuat katibi Marianna Kaqramanyan məlumat verib.
Qeyd edək ki, yanvarın 19-da Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdıran "Güclü Ermənistan" partiyasını qeydiyyata alındığı bildirilib.
Xatırladaq ki, 2025-ci ildə Ermənistan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı saxlayıblar.
O, hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunub. İş adamı günahını inkar edib.
Yerevan məhkəməsi ona iki aylıq həbs cəzası verib, lakin bu müddət sonradan bir neçə dəfə uzadılıb. 18 yanvarda iş adamı ölkəni tərk etməmək barədə yazılı iltizam və girov müqabilində ev dustaqlığına keçirilib