Siyasət Bugün, 14:56

Sülhə qarşı ciddi təhdidlər istisna deyil




"Cənubi Qafqaz regionu bütün dövrlərdə, dünyanın ən həssas coğrafiyalarından biri olub və bu gün də bu regionda geosiyasi maraqlar fonunda strategiyaların reallaşması istiqamətində mübarizə və mücadilə aparan qüvvələrin maraqları toqquşur. Hesab edirəm ki, bu gələcəkdə də davam edəcək".

Bunları Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu baxımdan Cənubi Qafqaz ölkələri olaraq Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə və düşmənçilik zəminində yürüdülən siyasət, artıq sona çatmaq üzrədir:

"Hesab edirəm ki, bu son mərhələdə daha çox ortalığı qarışdırmaq istəyənlər var və onlar iki ölkə arasında yekun sülh müqaviləsinin bağlanmasına mane olmaq üçün əllərindən gələn hər pisliyi etməyə hazırdırlar. Bu baxımdan sülhə qarşı ciddi təhdidlər istisna deyil və belə bir təhlükə gözləniləndir".

Anar

Xəbər lenti