“Rəqəmsal mühitdə təhlükəsizlik məsələləri də xüsusi önəm kəsb edir. Dövlət başçısı kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsinin və milli məlumat resurslarının qorunmasının vacibliyini ön plana çəkir. Rəqəmsallaşma prosesi genişləndikcə, informasiya təhlükəsizliyinin təmin olunması daha da aktuallaşır və bu istiqamətdə institusional mexanizmlərin təkmilləşdirilməsi zərurətə çevrilir”.
Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Elşən Səfərov , “Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planına dair müşavirə ilə bağlı fikirlərini səsləndirərkən deyib. O bildirib ki, cənab Prezident çıxışında insan kapitalının rolunu xüsusi vurğulayır:
“Rəqəmsal transformasiya yalnız texnoloji infrastrukturla deyil, peşəkar və rəqabətqabiliyyətli kadr potensialı ilə mümkün olur. Təhsil sistemində rəqəmsal bacarıqların artırılması, İKT sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və innovasiya mədəniyyətinin formalaşdırılması bu strategiyanın davamlılığını təmin edən əsas amillərdir”.
Hakim partiya təmsilçisinin sözlərinə görə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planına dair müşavirədə səsləndirilən fikirlər göstərir ki, rəqəmsallaşma dövlət siyasətinin fundamental istiqamətinə çevrilib.
Anar