Siyasət / Dünya 17-02-2026, 11:58

"ABŞ və İsrail İranla danışıqlarda vahid mövqedədirlər" - Senator

"ABŞ və İsrail İranla danışıqlarla bağlı mövqeyində vahid mövqedədirlər. İki ölkə liderləri arasında bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur".

Planetinfo.az xəbər verir ki, bu barədə Axios-a respublikaçı senator Lindsi Qraham məlumat yayıb.

Qrahamın sözlərinə görə, ABŞ və İsrail danışıqlar prosesində hərəkətlərini tam şəkildə əlaqələndirir və müntəzəm olaraq məlumat mübadiləsi aparırlar.

Qeyd edək ki, İran və ABŞ arasında nüvə proqramı ilə bağlı yeni danışıqlar bu gün Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilməsi gözlənilir.

Xəbər lenti