Azərbaycan təkcə yerləşdiyi coğrafiyada deyil. eyni zamanda yaxın və uzaq regionlarda, ümumiyyətlə, dünyada sülh və sabitliyin təmin olunmasından yanadır və bu istiqamətdə faliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qəzzanın bərpası məqsədilə yaradılmış Sülh Şurasında təmsil olunması və həmin Şuranın ilk toplatısında iştirak etmək məqsədilə İlham Əliyevin Donald Trampın dəvəti ilə Vaşinqtona səfər etməsi bunun əyani sübutuur".
Bu fikirləri
Planetinfo.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bu dəvət həm də Azərbaycanın regional və beynəlxalq müstəvidə sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəyə qarşılıqdır və dövlətimizin, dövlət başçımızın qeyd edilən istiqamətdəki təşəbbüslərinin yüksək qiymətləndirilməsidir:
"Son vaxtlar Azərbaycanın Yaxın Şərqdə sabitliyin bərqərar olması istiqamətində səylərini müşahidə etməkdəyik. İstər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyanın bərpasına verdiyi töhfə. istər Qəzzanın bərpası prosesində iştirakı bunların təsdiqidir. Bu həm də Azərbaycanın artıq təkcə regionda deyil, dünyada aparıcı ölkə, onun prezidentinin isə qlobal səviyyəli lider kimi qəbul edildiyinin təsdiqidir".
Arzuman Muradlı qeyd edib ki, bütün bunlar eyni zamanda ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyinin, bu münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunun göstəricisidir:
"Öz növbəsində Tramp administrasiyası da Cənubi Qafqazda sülhün davamlı olmasına çalışır, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq istiqamətində səylərini davam etdirir. Bütün bunlar ümumilikdə qlobal sülhə öz müsbət töhfəsini vermiş olur".
Anar