Siyasət
20-02-2026, 15:11
Lavrov Əraqçi ilə telefonla danışdı
Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Araqçi telefonla İranın nüvə proqramı ilə bağlı vəziyyəti və ikitərəfli gündəmi müzakirə ediblər.
Planetinfo.az xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb.
Bəyanatda deyilir: "Xarici işlər nazirləri İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyət, o cümlədən Cenevrədə keçirilən ABŞ-İran dolayı əlaqələrinin nəticələrini nəzərə almaqla bağlı fikir mübadiləsi aparıblar".
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.