Siyasət
23-02-2026, 13:52
Baqayi: İran hazırda ABŞ ilə mümkün razılaşma ilə bağlı mətn hazırlayır
"İran hazırda ABŞ ilə mümkün razılaşma ilə bağlı mətn hazırlayır və müvəqqəti nüvə razılaşmasının bağlanması ilə bağlı məlumatları təsdiqləməyib".
Planetinfo.az xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Diplomat brifinq zamanı bildirib ki, artıq İran rəsmi cavabını hazırlamaq mərhələsindədir.
O, həmçinin ABŞ ilə danışıqlarla bağlı müxtəlif məlumatları fərziyyə adlandırıb.