Siyasət 23-02-2026, 15:20

İspaniyalı nazirdən AB-yə xəbərdarlıq - Delsi Rodrigezə qarşı sanksiyaları ləğv edin


İspaniya hökuməti Avropa Birliyini Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesə qarşı fərdi sanksiyaların ləğvinə başlamağa çağırıb.

Planetinfo.az xəbər verir ki, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Albares Aİ xarici işlər nazirlərinin görüşündə çıxış edərkən bildirib.

Məlumata görə, İspaniyanın xahişi ilə Venesuela mövzusu bu gün qaldırılacaq.

Albares Madridin mövqeyini hazırkı Venesuela hökumətinin bu yeni mərhələdə düzgün istiqamətdə addımlar atdığını"bildirməklə izah edib.

Nazirin bu açıqlaması Venesuela Milli Assambleyasının ötən həftə yekdilliklə Demokratik Birgə Yaşamaq üçün Amnistiya Qanununu qəbul etməsi ilə əlaqədardır.

Qanun 1 yanvar 1999-cu ildən 2026-cı ilə qədər məhkum edilmiş siyasi məhbusların azadlığa buraxılmasını nəzərdə tutub.

Xəbər lenti