Siyasət 23-02-2026, 14:54

Siyarto: Drujba boru kəməri ilə neft nəqlinin bərpası yalnız Ukraynanın qərarından asılıdır


"Macarıstan Rusiyadan Drujba neft kəmərindəki bütün zədələrin təmir edildiyi və işlək vəziyyətdə olduğu barədə məlumat alıb".

Planetinfo.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Brüsseldə Aİ həmkarları ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Naziri bildirib ki, Tatarıstandakı Drujba neft kəmərinin nasos stansiyasına edilən hücum nəticəsində yaranan nasazlıqların aradan qaldırıldığı barədə ümidverici məlumatlar alınıb.


Siyarto vurğulayıb ki, Drujba boru kəməri ilə neft nəqlinin bərpası və vaxtı yalnız Ukraynanın qərarından asılıdır.

Xəbər lenti