Siyasət 23-02-2026, 14:54

Qrossi də İran ABŞ görüşündə iştirak edəcək


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran və ABŞ arasında fevralın 26-da Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsində iştirak edəcək.

Planetinfo.az xəbər verir ki, bu barədə İranın ISNA agentliy məlumat yayıb.

Agentlik bildirib ki, Qrossi ötən həftə Cenevrədə keçirilən əvvəlki görüşdə olduğu kimi, bu danışıqlarda da iştirak edəcək.

Məlumata görə, İran və ABŞ nümayəndə heyətləri arasında nüvə məsələləri üzrə danışıqların üçüncü mərhələsi Sultanlığın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə Cenevrədəki Oman səfirliyində keçiriləcək.

Qeyd edək ki, fevralın 22-də İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffla 26 fevralda Cenevrədə görüşə biləcəyini açıqlayıb.

Xəbər lenti