Cənubi Koreya Prezidenti Li Çje Myonq köməkçiləri ilə görüşdə onlara Pxenyan ilə əməkdaşlıq üzərində çalışmğı tapşırıb.
Planetinfo.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
"İnanıram ki, Koreya yarımadasında davamlı sülh və sabitlik davamlı ünsiyyət, dialoq və əməkdaşlıq səyləri, eləcə də etimad və qarşılıqlı anlaşmanın tədricən gücləndirilməsi yolu ilə bərqərar edilə bilər", - deyə Myonq bildirib.
Li Myonq hər iki ölkənin sülhə can atmalı və qarşıdurmaya və müharibəyə səbəb ola biləcək hərəkətlərdən imtina etməli olduğuna əminliyini ifadə edib. O, Seulun keçmişdə KXDR-ə qarşı təhqir və təhdid hərəkətlərinin yarımadada sülhə töhfə verib-vermədiyini düşünməli olduğunu vurğulayıb.
Bundan əvvəl Pxenyanda Koreya İşçi Partiyasının doqquzuncu qurultayı keçirilmiş və Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə hər hansı bir dialoqu qətiyyətlə rədd edib.