Polşa hökuməti respublikanın ABŞ ilə münasibətlərdə axmaq kimi qəbul edilməsinə imkan verməyəcək.
Planetinfo.az xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski parlamentdə çıxış edərkən deyib.
Sikorski qeyd edib ki, Polşa ABŞ-nin sadiq müttəfiqləri olub, olacaq.
Siyasətçi həmçinin Vaşinqtonun Moskvanın Pekinlə müttəfiqliyini zəiflətmək üçün Şərqi Avropada Rusiyaya güzəştə gedə biləcəyindən narahatlığını ifadə edib