"Cənab prezidentin son göstəriş və tapşırıqlarından açıq-aşkar görünür ki, rayonlarda sosial ədalətin tam bərpası üçün təhsil sahəsində keyfiyyətli məktəblər yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş təhsil ocaqları yaradılmalıdır və artıq yaradılır".
Bunu
Planetinfo.az-a "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, səhiyyədə modernləşmə və sosial paketlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsi vacibdir:
"Ədalətli iqtisadiyyatın təmin olunması, oliqarx monopoliyalarının sıradan çıxarılması önəmlidir. Sosial ədalət bir sözlə cəmiyyətin inkişafının əsas təməl daşıdır. Hörmətli prezidentimiz bu ədaləti məmurlardan tələb etdi".
Mərkəz rəhbəri qeyd edib ki, digər vacib məsələ regionların inkişafı və bölgələrdən şəhərə axının azaldılmasıdır:
"Bu, bizim üçün çox önəmlidir, çünki 44 günlük müharibə cəmiyyətdə psixoloji böyük sıçrayış yaratdı. Bu sıçrayış vətənə olan sevgini və onun müqəddəsliyini nümayiş etdirdi".
Anar