Siyasət 2-03-2026, 14:59

İran ətrafında baş verənlər Azərbaycan dövlətinin nə dərəcədə düzgün siyasət həyata keçirdiyini bir daha təsdiqlədi




"İran ətrafında baş verənlər Azərbaycan dövlətinin nə dərəcədə düzgün siyasət həyata keçirdiyini bir daha təsdiqlədi. Əgər Azərbaycan dövləti tamam başqa bir siyasət həyata keçirsəydi, bu gün bizim də şəhərlərimiz bir-birinə qarşı duran tərəflərin zərbələrinə tuş gələrdi. Bu da dövlətimiz üçün ciddi problemlərə yol açardı".

Bu fikirləri Planetinfo.az-a politoloq Arzuman Muradlı İran ətrafında baş verənləri şərh edərkən səsləndirib. O bildirib ki, vaxtı ilə təhlüksizliyimiz üçün hətta ABŞ bazalarının Azərbaycanda yerləşdirilməsini arzu edənlər indi dövlətimizin, dövlət başçımızın uzaqgörən siyasətinin fərqində olarlar:

"Azərbaycan hər zaman, hələ ümummilli lider Heydər Əliyevinn hakimiyyəti illərindən bir prinsipial mövqe ortaya qoyub. Ərazimizdən hər hansı bir ölkəyə qarşı istifadə edilməyəcək. Bu gün həmin siyasət davam edir və beynəlxalq aləm də normal qarşılanır. Məhz bu siyasətin nəticəsidir ki, ABŞ-İran, İsrail-İran qarşıdurması fonunda Azərbaycan təhükəsiz ölkə rolunda çıxış edir. İran ərazisində yaşayan müxtəlif dövlətlərin vətəndaşları məhz təhlükəsizlik baxımından Azərbaycan ərazisindən təxliyəyə üstünlük verirlər. Digər tərəfdən, aparıcı beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin rəsmiləri də İran ətrafında baş verənləri Azərbaycanla müzakirə etməyə üstünlük verirlər. Bu da bir daha Azərbaycanın həm regional aktor, lider olduğunu, həm də rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq aləm tərəfindən qəbul edildiyini sübuta yetirir".

Anar

Xəbər lenti